Qərargaha yardım üçün gələn azərbaycanlının halı pisləşdi VİDEO

воскресенье, 00:00

Dünən axşam saatlarında Ukrayna Azərbaycanlıları Radasının mərkəzi qərargahına yardım üçün gələn soydaşımızın vəziyyəti pisləşib, ona təcili yardım heyyəti çağırırlıb.
 
Xəbəri BakuPost-a Ukrayna Azərbaycanlıları Radasında fəaliyyət göstərən operativ qərargah yayıb.
 

Ukrayna Azərbaycanlıları Radasıbında fəaliyyət göstərən operativ qərargaha rəhbərlik edən, diaspor sədri Hikmət Cavadov bildirib ki, həmin şəxsin vəziyyəti qəfildən pisləşib: “Ona ərzaq və kirayə pulu ödənildi. Bundan sonra yemək verildi. Yəməkdən sonra isə onun vəziyyəti pisləşdi və biz təcili yardım çağırdıq, müayinə edildi və ilkin tibbi yardım göstərildi. Təxminən yarım saat sonra özünə gəldi. Biz onu xəstəxanaya göndərmək istəsək də, artıq düzəldiyini, heç bir narahatlığının olmadığını bildirərərək, bundan imtina etdi”.

 
H.Cavadov deyib ki, qərargah hər gün 50-100 arası soydaşımız yardım üçün müraciət edir və onların ehtiyacları qarşılanır. Eləcə də Azərbaycana təxliyyə edilməsini gözləyən soydaşlarımıza həm maddi, həm də mənəvi dəstək göstərilir, bütün ərzak ehtiyacları ödənilir.
 
Faiq
Теги: 
Видео