Qarabağ savaşında diaspor cəbhəsi: Bütün varlığımızla Ali Baş Komandanımızın, əsgərlərimizin yanındayıq

воскресенье, 00:00

Bu gün səhər saatlarından başlayaraq Ermənistan ordusu Azərbaycan ərazilərini, mülki şəxsləri atəşə tutaraq yeni təxribatlar törədib.

Hazırda cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedir.

Prezident İlham Əliyev cəbhədə yaşananlarla bağlı Azərbaycan xalqına müraciət edib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Azərbaycan diaspor təşkilatları məsələ ilə bağlı Modern.az-a açıqlama verərək, dispor cəbhəsində hər şeyə hazır olduqlarını bəyan ediblər. Onlar Türkiyə diasporu ilə birgə erməni lobbisinin mifini dağıtdıqların qeyd edərək, bu istiqamətdə işlərini davam etdirdiklərini bildiriblər.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru  Hikmət Cavadov bildirib ki, Ukraynadakı diasporumuz  tam ayaqdadır: “Qarabağımızın, digər ərazilərimizin düşmən işğalında olması bizi rahat buraxmır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün tam varlığımızla bu müharibəni gözləyirdik.

Son illərdə Qarabağ müharibəsinin diaspor cəbhəsində də möhkəmlənmişik. Buna şübhəniz olmasın. Artıq dünya çapında hamımız üçün az qala yenilməz mif olan erməni lobbisi buz kimi əriyir. Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyəti, bu istiqamətdə hər iki ölkənin gördüyü işlər öz nəticəsini verir. İndi ermənilərin xarici ölkələrdə yaydıqları dezinformasiyalara qarşı iş aparmaqla məşğuluq. 

İstənilən zaman həm olduğumuz ölkədə, həm də, vətənimizə dönərək cəbhədə vuruşmağa hazırıq! Bundan başqa, ehtiyyac duyularsa, xaricdə yaşayan soydaşlarımız cəbhə bölgəsinə maddi yardımlar da göstərəcək. 

Torpaqlarımızı azad etdikdən sonra daha da irəliləyərək düşmən ərazisində bufer zona yaratmağızın tərəfdarıyam”.

Alman - Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev deyib ki, hər kəs ölkə başçısının ətrafında birləşib: 

“Bizim məqsədimiz bəllidir. Azərbaycandan kənarda yaşayan hər bir azərbaycanlı xalqını və dövlətini təmsil edir. Hətta Qarabağı görməyən və Almaniyada yaşayan azərbaycanlılar belə Qarabağın azad olunacağı günü səbirsizliklə gözləyir. Bunun üçün hər cür mücadilə verməyə hazırdılar. Hər bir diaspor təşkilatının rəhbəri və üzvləri cənab Prezidentin ətrafında birləşib və ona dəstək nümayiş etdirirlər. Ümidliyik ki, zəfər bizimdir və ordumuzundur. Hər şeyi bir kənara buraxıb Prezidentimizi dəstəkləyirik. Yaxın günlərdə inşallah ki, zəfər qazanarıq. Əminik ki, Ali Baş komandanımızın rəhbərliyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Bunun üçün biz, xaricdə yaşayan azərbaycanlılar bütün gücümüzlə ortadayıq. Yalnız onu deyə bilərəm ki, indi çox güclü Azərbaycan disporu, çox güclü Azərbaycan və Türkiyə diaspor birliyi var”.

Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri və Qarabağ Nant məktəbinin layihə rəhbəri Toğrul Zeynalovun sözlərinə görə, hər bir diaspor nümayəndəsi dəstək üçün ayaqdadır:

“Hər bir azərbaycanlı kimi səhər saatlarından Kütləvi İnformasiya Vasitələrini izləyirik. Hər məlumatdan xoş xəbərlər gözləyirik. Cənab Prezidentin xalqa müraricətini də izlədik. Bu müraciət bizdə ruh yüksəkliyi yaradıb. Ordumuz yüksək səviyyədə cənab prezidentin tapşırığı altındadır. Sosial şəbəkələr üzərindən soydaşlarımızla əlaqə saxlaya bilmədiyimiz üçün bir az narahatıq. İnşallah tezliklə Azərbaycan torpaqları azad olunacaq. Bu gün xaricdəki Azərbaycan diasporu ordumuza və dövlətimizə dəstək üçün ayaqdadır. Biz də Azərbaycanı diaspor olaraq əmin edirik ki, var qüvvəmizlə Prezidentimizin, dövlətimizin, ordumuzun yanındayıq”.

https://modern.az/az/news/257398

Теги: 
Азербайджан