“Kiyevdəki diasporumuz və Dövlət Komitəsi bizi tək qoymadı” – 200-dən artıq soydaşımız Vətənə qayıdır

четверг, 00:00

Pandemiya ilə əlaqədar dünya ölkələrində karantin rejimi elan olunandan bəri diaspora təşkilatlarımızın və onların işini koordinasiya edən Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi fəallıqla soydaşlarımızın xidmətində dayanması bu gün aydın şəkildə müşahidə olunan gerçəklikdir. Bu xüsusda Ukraynada həyata keçirilən tədbirlər sözsüz ki, daha çox diqqət çəkir. Məlumdur ki, Ukraynada yarım milyondan artıq azərbaycanlı yaşayır. Bu ölkədə təhsil alan tələbələrimizin sayı isə 10 mindən çoxdur. Bu baxımdan, Dövlət Komitəsinin Ukraynaya xüsusi diqqət ayırması da təbii qarşılanmalıdır.

Təsadüfi deyil ki, Diaspor Komitəsinin və Ukraynadakı diaspor təşkilatlarının fəallığı dövlət rəsmiləri tərəfindən də qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev dünən Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən Kiyevdə qalmış tələbələr və onların məişət çətinlikləri ilə əlaqədar görülmüş işlərdən danışıb. "Kiyevdə qalan tələbələr və onların məişət çətinlikləri ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin, XİN-in və səfirliklərimizin rolu qeyd olunmalıdır. Orada olan Azərbaycan evləri, diaspor təşkilatları vətəndaşlarımızın yerləşdirilməsi və ərzaqla təminatında zəruri tədbirləri həyata keçirmişlər" – deyə, H.Hacıyev bildirib.

Doğrudan da Ukraynada soydaşlarımızın problemlərinin həlli istiqamətində görülən işlər alqışa layiqdir. Bu sırada Ukrayna Azərbaycanlıları Radasının fəaliyyəti isə ayrıca qeyd olunmalıdır. Kiyev Dövlət İnfrastruktur və Texnologiyalar Universitetinin II kurs tələbəsi Qəmbərli Ramil deyir ki, Ukraynada karantin rejimi elan olunandan bu vaxta qədər Ukrayna Azərbaycanlıları Radasının himayəsindədirlər: “Bizim üçün hər bir şərait yaradıldı. Ərzaqla, sığınacaqla təmin olunduq. Qalmağa yer tapmayanda isə Radanın ofisinə üz tutduq. Ora bizim üçün doğma ocağa çevrilib. Ukraynadakı azərbaycanlı iş adamları tez-tez qərargaha ərzaq yardımları göndərirlər. Yardımlar operativ şəkildə ehtiyacı olan soydaşlarımıza paylanır. Ofisdə hüquqi yardım da almaq mümkündür. Kimin hansı çətinliyi yaranırsa ofisin əməkdaşları öz köməkliklərini əsirgəmirlər. Mən xüsusən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun çəkdiyi əziyyəti qeyd etmək istəyirəm. O bizim hər birimizə doğma münasibət göstərir. Harada bir azərbaycanlı əziyyət çəkirsə, Hikmət müəllim dərhal köməyə gedir. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da bizim taleyimizdən necə narahatlıq keçirdiklərini görürük. Mütəmadi olaraq ofislə əlaqə saxlayır, problemlərlə maraqlanır və köməkliklərini göstərirlər. Fuad müəllimə öz təşəkkürümüzü bildiririk ki, bizə xüsusi diqqət və qayğı göstərir. Komitə ciddi şəkildə çalışır ki, tələbələrin və burada qalmış soydaşlarımızın Azərbaycan qaytarılması təmin olunsun. Bir sözlə, həm dövlətimiz, həm də buradakı diaspor təşkilatlarımız bizi tək buraxmadılar” . 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_98065740_243571213394595_2047534733910343680_n.jpg

Mart ayının əvvəlində dostunun dəvətilə Kiyevə ailəsi ilə birgə səfər etmiş Fərid Muxtarov da bu müddət ərzində disporumuzun və Dövlət Komitəsinin onlara göstərdiyi diqqətdən razılığını ifadə edib: “Biz Kiyevə 5 nəfər gəlmişdik. Məlum məsələlərə görə geri qayıda bilmədik. Əvvəlcə dostumuzun evində qalırdıq. Sonra elə oldu ki, kirayə mənzilə köçəsi olduq. Karantin rejimi uzadıldıqda isə artıq maliyyə problemlərimiz yaranmağa başladı. Təsəvvür edin, elə bir vəziyyət yaranmışdı ki, ərzaq almağa da imkan yox idi. Bir tərəfdən də ev sahibi tələb edirdi ki, kirayənin pulunu ödəyim. Məcbur qalıb səfirliyimizə müraciət etdim. Oradan məni diasporun ofisinə yönəltdilər. Ofisdə məni təşkilatın sədri Hikmət Cavadov qarşıladı. Mənə elə bir münasibət göstərildi ki, az qala bütün problemlərimi unutdum. Məni doğma qardaş kimi qəbul etdilər. Problemləri biləndən sonra dedilər ki, narahat olma, nə lazımdırsa hamısını edəcəyik. Sağolsunlar, ərzaqla təmin etdilər. Sonra biləndə ki, bizi qaldığımız evdən çıxarırlar, dərhal ödənişi təmin edib bu problemi də həll etdilər. Hikmət müəllimdən və ofisin bütün əməkdaşlarından yerdən göyə qədər razıyam. Özümə borc bilirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinə və şəxsən komitənin sədri Fuad Muradova da öz təşəkkürümü bildirim. Təsəvvür edin, son 10 gündür ki, hər gün mənimlə əlaqə saxlayır, vəziyyətimizlə maraqlanırlar. Komitə çox çalışırdı ki, bizim və burada qalmış digər soydaşlarımızın vətənə dönüşünü qısa müddətdə təmin etsin. Sağosunlar, əziyyət çəkdilər və nəhayət bu gün Azərbaycana uçuruq. Bu günlər ərzində hamımız əmin olduq ki, biz doğrudan da birlikdə güclüyük. Dövlətimiz var olsun ”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_97061592_242566823663700_8145507366373163008_n.jpg

Qeyd edək ki, bu gün Kiyevdən Azərbayacan xüsusi təyyarə reysi ilə 200-dən artıq Azərbaycan vətəndaşı vətənə qayıdacaq. Biz Fərid Muxtarovla telefon əlaqəsi yaradarkən o artıq Kiyevin hava limanında idi. 

Sonda isə Ukraynanın Dnepr şəhərində ilk diaspor təşkilatımızın qurucularından olan, tarixçi Eldar Tağıyevin özünün Facebook səhifəsində yazdığı bir statusa diqqət yönəltmək istərdik. “Diaspor komitəsinin düzgün siyasəti öz nəticəsini göstərdi. Müvəffəqiyyətin təməli Fuad Muradovun Kiyevə səfərində qoyulub”.

Missiya.Az

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_96878858_296491668026458_4880485786438336512_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_97002930_709538109798411_8897305769079209984_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_96774013_3239801119577761_4891789414511935488_n.jpg

 

https://missiya.az/index.php/az/redaktor_secimi/32141-kiyevdaeki-diasporumuz-vae-doevlaet-komitaesi-bizi-taek-zhoymad-b-200-daen-art-zh-soydash-m-z-vaetaenae-zhay-d-r-b.html?fbclid=IwAR13HFHzvUAXX9gGzsr_-6BboM1qWKidDNWhS2iaHa_edz7hxjaYLLGYEbs

Теги: 
Украина