Kiyevdə Maestro Vladimir Qrişkonun "Tı moya melodiya" adlı konsertində Bayraq günümüz qeyd olunub

вторник, 13:21

AZADİNFORM. Azərbaycan Respublikasının Dövlət Bayraq günü Ukraynanın Kiyev şəhərində möhtəşəm konsert proqramı ilə qeyd olunub.
Azadinform xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun da dəstək verdiyi konsert Kiyev Opera Teatrında baş tutub. Konsertdə Ukraynanın vilayətlərində yaşayan azərbaycanlılar da iştirak ediblər. Ukraynanın tanınmış müğənnisi, xalq artisti, dünya şöhrətli maestro Qrişkonun iştirakı ilə keçirilən konsertə bütün biletlər həmyerlilərimiz və Kiyev şəhər sakinləri tərəfindən alınıb, iştirakçılar üçün nəzərədə tutulan yerlər tam dolub. Konsertin açılışında Qrişko Azərbaycanlıları bayraq günü münasibətilə təbrik edib.
 
Konsert M. Maqomayevin “Ey əziz anam Azərbaycan” musiqisi ilə başlayıb. Nəzərə çatdıraq ki, bu konsert maestro Qrişkonun Müslüm Maqomayevin xatirəsinə həsr etdiyi 30-cu yubiley konserti idi. Tədbirdə həmçinin Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov çıxış edib. H.Cavadov çıxışında Ukrayna Azərbaycan münasibətlərindən danışıb, Ukraynanın müxtəlif əyalətlərində və Kiyevdə yaşayan azərbaycanlıları təbrik edib.
 
Qeyd edək ki, maestro V. Qrişko Ukraynada Azərbaycan diasporunun yaxın dostlarından biridir.

http://www.azadinform.az/news/a-186689.html?fbclid=IwAR2MYnf_IyL-dBSkhns...

 

Теги: 
Украина