FƏXRƏDDİN İSGƏNDƏROV MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOVA HƏSR ETDİYİ DÖYÜŞÜNÜ QALİB BAŞA VURUB.

вторник, 21:45

FƏXRƏDDİN İSGƏNDƏROV MÜBARİZ İBRAHİMOVA HƏSR ETDİYİ -KİYEVDƏ KEÇİRİLƏN MMA ÜZRƏ DÖYÜŞÜ QALİB BAŞA VURUB.

Diaspor info saytının Ukrayna bürosu məlumatına əsasən Ukrayna paytaxtı Kiyev şəhərində MMA döyüş növü üzrə oyun keçirilib. 65 kq çəkidə döyüşən, həmişə Azərbaycan bayrağını idman arenalarında dalğalandıran Fəxrəddin İsgəndərovun bu dəfəki rəqibi Xarkov şəhərinin idmançısı Kravçov Aleksandr olub. Fəxrəddin bu döyüşün çox məsuliyyətli olduğunu dərk edir və həyəcanlanırdı. 

Çünki döyüşü Azərbaycan xalqının Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etmişdi. Sevindirici haldır ki, həmyerlimiz həmişəki kimi bu dəfə də, döyüşü böyük ustalıqla öz hesabına yazdı. Bəli, yenə də, Fəxrəddin İsgəndərov Azərbaycan bayrağını başı üzərinə qaldıraraq qələbə sevincini çoxsaylı soydaşlarımızla birgə qeyd etdi.
Artıq MMA döyüş növü üzrə xüsusi çəkisi olan Fəxrəddin İsgəndərovu bu qələbə münasibəti ilə redaksiyamız adından da, təbrik edirik. Qələbələriniz bol olsun.

Diaspor info
Ukrayna bürosu.

 

Теги: 
Спорт