AzTV-də daha bir aktual müzakirə - VİDEO

понедельник, 21:30

Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunda daha bir aktual müzakirə aparılıb.

 
BakuPost-un məlumatına görə, verilişin bugünkü buraxılışında cəmiyyətin aktual mövzularından biri olan xaricdə yaşayan azərbaycanlı gənclərin fəaliyyəti müzakirə olunub.

Tok-şounun budəfəki ekspertləri Ümumukrayna Azərbaycanlılar Birliyinin rəhbəri, Hüquq elmləri doktoru Hikmət Cavadov, Kanadada "Qarabağ" Həvəskar Futbol Klubunun və süni intellekt üzrə konsaltinq şirkətinin təsisçisi Turqut Cabbarlı, Milli Məclisin deputatı Cavid Osmanov və "Report" İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev olub.