БЛОГИ
Картинка користувача EldarTagiev.

Эльдар Тагиев

ВСЕ ПУБЛИКАЦИИ АВТОРА

ОНИ ТЮРКИ, А Я АЗЕРБАЙДЖАНЕЦ.

14 травня 2014

Mən Zərdüşt Əlizadənin fəaliyyeti ilə uzun illərdir ki, maraqlanıram. Onun məqalə və müsahibələrini qəzetlerden toplayıb, kitab viagra halına salmışam. Xalqımızın ziyalılarından hesab edirem. Bəzi fikirləri ile razılaşmamağım, ona mənfi münasibət bəsləməyimə səbəb ola bilməz. 7 fevral 2009 il, "Эхо"qəzeti. Zərdüşt Elizadə 1989-cu

ilin axırları, Azərbaycan Xalq Cəbhəsinin buraxdığı "səhvləri" sadalayır. Müdrik bir misal var: "Ağıllı öyrənməyə, axmaq öyrətməyə çalışır". Mən bu misalı , müəyyən mülahizə yürütmək istəyənlərin daima xatırlamasını arzu edərdim. Bəhs edilən tarixi dövrü birlikdə yaşamışıq. Nəyin düz, nəyin səhv olmasını söyləmək məsuliyyətini üzərinə götürən hər bir kəs, tarixi cavabdehlik daşıyır. Sizin kimi bir ziyalının proseslərə qısa birmənalı qiymət verməsi, yaradıcılığınıza az-çox bələd olan məni və yəqin ki, mənim kimi düşünənləri təəcübləndirir. Siz hərəkatın kütləviliyindən, yeni konkret məqsədə çatmaq üçün çoxluğa arxalanıb, bəzən həqiqətin tərəfində olan əqlin səsini boğan quvvələrin fəaliyyətindən inciyirsiniz. Buna tam haqqınız var. Amma gəlin unutmayaq ki, belə addımlar atmağa hərəkatın fəal iştirakçılarını təhrik edən səbəb, torpağımıza olan erməni təcavüzü idi. Siz hərəkatin yaranması daxil olmaqla, bütün prosesin baş xətti olan bu fakta, 3-4 əhəmiyyət dərəcəsi verərək, hadisələrə izah verməyə cəhd göstərirsiniz. Ermənilər bizə qarşı yönəltdikləri düşmənçilik hərəkatına uzun illər öncə kütləvi don geyindirmişdilər. Bizi düşmən obrazında görmək,erməni dünyagörüşünün təməl daşı idi. Buna inanmaq istəməyən bəzi ziyalılarımız, hadisələrin cərəyan etdiyi ilk illərdə, ermənilər arasında dil tapılası insanlar axtarmağa xeyli vaxt və enerji sərf etdilər. Nəticədə bəlli oldu ki, siyasi baxışlarından asılı olmayaraq, bütün ermənilər Qarabağın onların olması mübarizəsinə dəstək verirlər. Bu barədə istər sizin, istərsə də mənim kifayət qədər dəlillərimiz var. Belə bir şəraitdə, kütləni hərəkətə gətirmək yolu, yeganə çıxış yolu idi. Dövlətimiz yox, ordumuz yox, düşmən isə hiyləgərlikdə misli görünməmiş. Kütləni hərəkətə getirməyin və düşmən üzərinə qaldırmağın yolu, milli hissiyyatı oyatmaqdan başlayır. Milliyətçilik belə anlarda, xalqın əlində iti qılınc rolu oynayır. Pis-yaxşı kim nə bacardısa, etdi. Ölənlər öldü (Allah rəhmət eləsin), qalanlar da göz qabağında. Baş verənlərin səbəblərini sizin kimi məlumatlı bir insana sadalamağa lüzum bilmirəm. Biz uduzduq. Kimə-kimə, ermənilərə! Onların qələbəni kimin və nəyin hesabina qazandığı, mənim üçün önəmli deyil. Ağır və dözülməz bu idi ki, biz ermənilərə uduzduq. Ölmək lazım olan yerdə sağ qalıb, bu gün fəaliyyət göstərən bəzi "siyasi xadimlərlə"diskusiyalarınızda, siyasət və hakimiyyət xülyasına qapılmamış mənim kimilərin müqəddəs hisslərinə toxunmaq, ən azı sizin savadınıza yaraşmır. Milliliyin digər ideologiya ilə əvəz edilməsi, bizim rastlaşdığımız halda, yaşamaq və özünü müdafiə etmək funksiyasına malik hüceyrənı, struktur dəyişikliyi ilə sınağa çəkməyə bənzəyır. Eksperiment təbii prosesi poza bilər, orqanizm xəstəlik tapar. Xəstə hüceyrələr ölümə, millilikdən kənar toplum qul olmağa məhkumdur. Dərinin insan orqanizmi üçün yerinə yetirdiyi funksiyanı, iri insan birlikləri üçün - millət olmaq forması həyata keçirir. Millət çox vaxt ümumi düşmənə qarşı bir yerdə olmaq məcburiyyətində qalanların tarixi vəhdətindən yaranır. BİZİM TÜRKLÜYÜMÜZÜ İNCİTMƏ !